“Nazmehr”də zəhərlənərək ölən şəxslər İranda dəfn edildi


Dünya 22 Okt 2018 17:44:00 241 0

“Nazmehr”də zəhərlənərək ölən şəxslər İranda dəfn edildi

Bir neçə gün əvvəl İrana məxsus "Nazmehr" quru yük gəmisində baş vermiş zəhərlənmə nəticəsində dünyasını dəyişən üç nəfər Ənzəlidə dəfn edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, mərhumların qohumları yerli mətbuata bildiriblər ki, gəmidə dənizçilərin təhlükəsizliyi üçün lazımi standartlar olmayıb, o cümlədən yük vaxtında dezinfeksiya edilməyib.

Onlar hadisənin ciddi şəkildə araşdırılmasını və günahkarların tezliklə cəzalandırılmasını tələb ediblər.


Xəbərə aid fotolar