Bir həftə ərzində Azərbaycanda 166 əcnəbi saxlanıldı - SƏBƏB?


Digərləri 22 Okt 2018 17:30:00 242 0

Bir həftə ərzində Azərbaycanda 166 əcnəbi saxlanıldı - SƏBƏB?

Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 166 əcnəbi saxlanılıb

Bakı. Ötən həftə ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 166 nəfər əcnəbi saxlanılıb. DMX-dən Trend-ə verilən məlumata görə, onlardan 1 nəfər Pakistan və 1 nəfər Gürcüstan vətəndaşı Daxili İşlər Nazirliyi ilə keçirilmiş birgə tədbirlər zamanı aşkarlanıb. Saxlanılmış 13 nəfər Türkmənistan və 9 nəfər Türkiyə vətəndaşının gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 1 nəfər Türkiyə vətəndaşının qeydiyyat ünvanı üzrə yaşamadığı, 1 nəfər Hindistan və 1 nəfər Türkiyə vətəndaşının qanunsuz əmək fəaliyyəti ilə məşğul olduğu, digər 141 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.