2025ci ilədək Azərbaycan 50yə yaxın yeni gəmi almağı və tikməyi planlaşdırır


Digərləri 22 Okt 2018 17:28:00 277 0

2025ci ilədək Azərbaycan 50yə yaxın yeni gəmi almağı və tikməyi planlaşdırır

2025-ci ilədək Azərbaycan 50-yə yaxın yeni gəmi almağı və tikməyi planlaşdırır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin 160 illiyinə həsr olunmuş tədbir zamanı QSC-nin sədri Rauf Vəliyev deyib.

R.Vəliyev bildirib ki, son beş il ərzində 20 gəmi alınıb:

"Yaxın günlərdə "Bakı Gəmiqayırma Zavodu" MMC ilə dörd yeni tankerin tikintisi ilə bağlı müqavilə imzalanacaq. Xatırladım ki, hazırda iki tanker və iki Ro-Pax tipli gəmi tikilir".