Baş prokuror Ağdaşda sakinlərlə görüşəcək


Digərləri 22 Okt 2018 17:04:36 199 0

Baş prokuror Ağdaşda sakinlərlə görüşəcək

Zakir Qaralov Ağdaş rayon prokurorluğunun inzibati binasında Mingəçevir şəhər, Ağdaş, Yevlax, Bərdə, Zərdab və Ucar rayon sakinlərinin qəbulunu keçirəcək.

Bakı. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il oktyabrın 26-da saat 10:00-da Ağdaş rayon prokurorluğunun inzibati binasında Mingəçevir şəhər, Ağdaş, Yevlax, Bərdə, Zərdab və Ucar rayon sakinlərinin qəbulunu keçirəcək. Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.