Hava hücumundan müdafiə bölmələrinin təlimləri davam edir (FOTO/VİDEO)


Digərləri 22 Okt 2018 16:57:33 215 0

Hava hücumundan müdafiə bölmələrinin təlimləri davam edir (FOTO/VİDEO)

Hava hücumundan müdafiə (HHM) bölmələrinin müxtəlif təlim mərkəzlərində keçirilən taktiki təlimləri davam edir.

Bakı. Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Hava hücumundan müdafiə (HHM) bölmələrinin müxtəlif təlim mərkəzlərində keçirilən taktiki təlimləri davam edir. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimlərin növbəti mərhələsində “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra edən HHM bölmələri şərti düşmənin hava hədəflərini məhv ediblər.