Yəməndə xroniki aclıq yaşanır


Digərləri 22 Okt 2018 16:42:00 286 0

Yəməndə xroniki aclıq yaşanır

BMT-nin Dünya Ərzaq Proqramı (WFP) Yəməndə aclıq çəkən milyonlarla insana təcili yardım göstərilməsinə çağırıb. Qurum son 3 il ərzində ağırlaşan vəziyyətin mülki əhalini aclıq astanasına gətirdiyini bildirib.

Vəziyyət bu şəkildə davam etsə, ən adi ərzaq yardımına ehtiyacı olan əlavə 3,3 milyon, ümumilikdə isə 12 milyon yəmənli aclıqla üzləşəcək

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, WFP Yəmənin dünyada ən ağır aclıq böhranı keçirdiyini bəyan edib.

Təşkilatın hesabatında deyilir ki, 18 milyonluq əhalinin üçdə iki hissəsi nə zaman yemək yeyəcəyini bilmir.

Dünya Ərzaq Proqramı Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəmənin liman şəhəri Hodeyda uğrunda apardığı kampaniyanın yarım milyon insanı evlərindən didərgin saldığını bildirib.