Bakıda 19 nəfəri aldadan bağça müdiri və müavinlərinin məhkəməsi başladı


Digərləri 22 Okt 2018 16:50:00 245 0

Bakıda 19 nəfəri aldadan bağça müdiri və müavinlərinin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda külli miqdarda dələduzluqda təqsirləndirilən "Safay" uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və Azər Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Hazırlıq iclası oktyabrın 29-da davam etdiriləcək.

İttihama görə, Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində fəaliyyət göstərən "Safay" uşaq bağçasının müdiri xeyli sayda qadını işlə təmin etmək adı ilə aldadaraq pullarını mənimsəyib.