Müştəri məmnuniyyəti Norm Sementin təməl prinsipidir


Digərləri 22 Okt 2018 15:59:00 241 0

Müştəri məmnuniyyəti Norm Sementin təməl prinsipidir

Hər bir şirkətin fəaliyyətinin əsas səbəbi onun məhsul və ya xidmət təqdim etdiyi müştəriləridir.

Bakı. Hər bir şirkətin fəaliyyətinin əsas səbəbi onun məhsul və ya xidmət təqdim etdiyi müştəriləridir. Norm Sement yarandığı gündən etibarən müştəri məmnuniyyətinin təmin edilməsi üçün çalışmış və hazırda bu məqsədlə vahid sistem qurulmasına nail olmuşdur. Şirkətdən Trend-ə verilən məlumata görə, Norm Sement tərəfindən müştərilərlə qarşılıqlı əməkdaşlıq əlaqələrinin təkmilləşdirilməsi məqsədilə atılmış addımlardan biri peşəkar Texniki Dəstək komandasının yaradılmasıdır. Komandanın tərkibi daim xarici ekspertlərin və yerli peşəkarların iştirakı ilə ölkə daxili və xaricində təlim, tədris və seminarlara cəlb olunan mütəxəssislərdən ibarətdir. Texniki Dəstək heyətinin iş prinsiplərinə əsasən, müxtəlif qaynaqlardan şirkətə daxil olmuş sement və betonla əlaqədar müştəri müraciətlərinə 3 gün ərzində baxılır, müştərinin məkanına ziyarət planlaşdırılır, ehtiyac olan təqdirdə ziyarət əsnasında müştərinin məhsulundan nümunə götürülərək Norm beton və sement laboratoriyalarında müvafiq sınaqlar, təhlillər aparılır. Texniki dəstək komandasının peşəkarları tərəfindən müştərilərə sement və onun kompenentləri, müxtəlif sahədə işlənilməsi ilə bağlı məsələlər barədə və sərfəli beton qarışımı dizaynının hazırlanmasına dair tövsiyələr verilir, onların texniki heyəti üçün maarifləndirici və məlumatlandırıcı təlimlər təşkil olunur. Həmçinin şirkət müştəri müəssisələrin texniki mütəxəssislərinin xarici təlim və seminarlarda iştirakını təmin edir. Norm Sement müştəriləri üçün peşəkar Texniki Dəstək xidmətini təmənnasız şəkildə həyata keçirir. Şirkət tərəfindən müştərilərin istifadəsinə verilmiş “E-Commerce” sistemi isə onların işini asanlaşdırmaq, vaxt və büdcələrinə qənaət baxımından əlverişli elektron biznes portalıdır. Müştərilər şəxsi kabinə daxil olmaqla, sifarişlərinə nəzarət edir, ödəmələrinin statusunu və GPS vasitəsilə sifarişin ünvana təslim edilib - edilmədiyini izləyə bilir.