Şəmkirdə iki avtomobil toqquşdu, ölən var


Digərləri 22 Okt 2018 16:09:05 246 0

Şəmkirdə iki avtomobil toqquşdu, ölən var

Şəmkir rayonunun Zəyəm qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib

Bakı. Şəmkir rayonunun Zəyəm qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 20-də saat 10 radələrində Şəmkir rayonunun Zəyəm qəsəbəsi ərazisində qəsəbə sakini Hacı Musayevin idarə etdiyi “VAZ-2106” və Ramil Alıyevin idarə etdiyi “Lada Priora” markalı avtomobillər toqquşub. Nəticədə H.Musayev hadisə yerində ölüb.