Bakıda 19 nəfəri aldadan bağça müdiri və müavinlərinin məhkəməsi başladı


Digərləri 22 Okt 2018 15:54:00 245 0

Bakıda 19 nəfəri aldadan bağça müdiri və müavinlərinin məhkəməsi başladı

Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyevanın və Azər Əliyevin cinayət işi məhkəmənin hazırlıq iclası keçirilib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda külli miqdarda dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və Azər Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Trend-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Hazırlıq iclası oktyabrın 29-da davam etdiriləcək. İttihama görə, Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində fəaliyyət göstərən “Safay” uşaq bağçasının müdiri xeyli sayda qadını işlə təmin etmək adı ilə aldadaraq pullarını mənimsəyib.