Abituriyent və bakalavrlar üçün “UNEC-də bir gün” layihəsinə yenidən start verilir


Digərləri 22 Okt 2018 15:38:41 221 0

Abituriyent və bakalavrlar üçün “UNEC-də bir gün” layihəsinə yenidən start verilir

Abituriyentlər arasında sevilən və populyar olan “UNEC-də bir gün” layihəsinə bu ildən magistr və MBA təhsili almaq istəyənlər də qoşula bilər.

Bakı. Abituriyentlər arasında sevilən və populyar olan “UNEC-də bir gün” layihəsinə bu ildən magistr və MBA təhsili almaq istəyənlər də qoşula bilər. Universitetdən Trend-ə verilən məlumata görə, layihənin məqsədi abituriyentləri, eləcə də magistr və MBA təhsili almaq istəyənləri universitetlə daha yaxından tanış etməkdir. Eyni zamanda, ixtisas seçimində onlara məsləhət vermək, fənlərdə dinləyici qismində iştirakına şərait yaratmaqdır. Qeyd edək ki, ötən tədris ilində “UNEC-də bir gün” layihəsində şəhər və region məktəblərindən 2000-ə yaxın şagird iştirak edib. Layihədən faydalanan şagirdlərin böyük əksəriyyəti artıq UNEC tələbəsi adını qazanıb. UNEC ölkədə dörd dildə (Azərbaycan, ingilis, rus və türk) magistr və bakalavr pilləsi üzrə təhsili verən, eyni zamanda xaricdə filialı olan yeganə ali təhsil ocağıdır. Burada I, II, IV və V ixtisas qrupları üzrə 21 ixtisasda bakalavr təhsili həyata keçirilir. Dünyanın nüfuzlu ali təhsil müəssisələri olan London Universiteti/London İqtisadiyyat Məktəbi, ABŞ-ın Linkoln Universiteti, Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramları aparılır.