Bakıda piyadanın ölümündə təqsirləndirilən DYP əməkdaşına bəraət verildi


Digərləri 22 Okt 2018 15:01:03 200 0

Bakıda piyadanın ölümündə təqsirləndirilən DYP əməkdaşına bəraət verildi

Nərimanov Rayon Məhkəməsində ölümlə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nicat İbrahimlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Nərimanov Rayon Məhkəməsində ölümlə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nicat İbrahimlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə N.İbrahimlinin hadisədə günahı sübuta yetirilməyib və onun barəsində bəraət hökmü çıxarılıb.