PAŞA Bank “SIBOS 2018” beynəlxalq konfrans və sərgi tədbirində iştirak edir


Digərləri 22 Okt 2018 14:15:00 250 0

PAŞA Bank “SIBOS 2018” beynəlxalq konfrans və sərgi tədbirində iştirak edir

Azərbaycanın aparıcı kommersiya bankı olan PAŞA Bank bu il Avstraliyanın Sidney şəhərində maliyyə sektoru üçün təşkil edilmiş sayca 40-cı SIBOS konfrans və sərgi tədbirində iştirak edir.

Bakı. Azərbaycanın aparıcı kommersiya bankı olan PAŞA Bank bu il Avstraliyanın Sidney şəhərində maliyyə sektoru üçün təşkil edilmiş sayca 40-cı SIBOS konfrans və sərgi tədbirində iştirak edir. Banklar üçün ən böyük illik yığıncaq sayılan bu tədbirə dünyanın aparıcı maliyyə təsisatlarını, məsləhət və konsultasiya şirkətlərini, maliyyə sektoru üçün proqram təminatı və tətbiqi proqram tərtibatçılarını təmsil edən minlərlə nümayəndəni bir araya gətirir. Əvvəlki illərdə olduğu kimi PAŞA Bank konfransın işi ilə yanaşı bank texnologiyaların ixtisaslaşmış sərgisində eksponent qismində iştirak edir. SIBOS konfransı çərçivəsində maliyyə sektoru üçün hazırki gündəmin ən vacib məsələləri müzakirə edilir. Bazar iştirakçılarının rəqəmsal mühitdə fəaliyyətə davam etməsinə hazırlığı ilə bağlı məsələlərin müzakirə ediləcəyi builki konfrans “Rəqəmsal iqtisadiyyata təkan” mövzusunda keçirilir. İxtisaslaşmış sessiyalarda ekspertlərə müasir şəraitdə və gələcək inkişaf imkanları, maliyyə sektorunda texnoloji təmayüllər, kibertəhlükəsizlik standartları və müvafiq risklərin minimuma endirilməsi, blokçeyn texnologiyalarının vüsətalma perspektivi, həmçinin maliyyə sektorunun inkişafına müxtəlif bucaqlardan təsir edən digər məsələlər nöqteyi-nəzərindən bankların yeni rolu müstəvisində fikir mübadiləsi aparmaq imkanı veriləcək.