Ermənistanda Konstitusiyadan kənar vəziyyət yaranıb


Dünya 22 Okt 2018 14:07:00 262 0

Ermənistanda Konstitusiyadan kənar vəziyyət yaranıb

Ermənistan parlamentində sabit çoxluq əldə edilmədiyindən ölkədə fors-major, yəni Konstitusiyadan kənar vəziyyət yaranıb.

Son.az report-a istinadən xəbər verir ki, bunu Seçki Məcəlləsinə dəyişikliklər layihəsini millət vəkillərinə təqdim edən ədliyyə naziri əvəzi Artak Zeynalyan deyib. O, məhz buna görə hökumət tərəfindən Seçki Məcəlləsinə ən tez zamanda dəyişiklikləri qəbul etdirmək təklifinin irəli sürüldüyünü bildirib.