Jurnalistin son görüntüsü


Dünya 22 Okt 2018 13:48:00 242 0

Jurnalistin son görüntüsü

Jurnalistin öldürüldüyü günün VİDEOsu

Oktyabr ayının 2-də Səudiyyə Ərəbistanının İstanbul Baş konsulluğunda qətlə yetirilən jurnalist Camal Haşoqqinin son görüntüləri əldə olunub.

Son.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Camal Haşoqqi öldürüldüyü günün səhəri hava limanındaykən təhlükəsizlik kameralarına düşüb.

O, onu öldürən şəxslərlə eyni gündə, eyni dəqiqələrdə hava limanında olub. Belə ki, Haşoqqi hava limanından gecə saat 04:07-də, onu öldürən şəxslər isə 04:27-də çıxıb.

Haşoqqi sentyabrın 28-i İstanbula gedərək nişanlısı Hatice Cengiz ilə görüşüb. O, Hatice ilə birlikdə evlilik işlərini tamamlamaq üçün Fatih rayon bələdiyyəsinə yollanıb. Daha sonra sənədləri götürmək üçün Səudiyyənin baş konsulluğuna gedib. O, mobil telefonunu nişanlısına verərək konsulluq binasına daxil olub. 2 saat sonra gülərüz halda binadan çıxıb. Həmin gün axşam təyyarə ilə Londona uçub.

Haşoqqi oktyabrın 2-i (öldürüldüyü gün) yenidən İstanbula gedib. Onu öldürənlər saat 9:55-də konsulluğa daxil olublar. Həmin vaxt Haşoqqi nişanlısı ilə yemək yeyirmiş.