“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digərləri 22 Okt 2018 13:13:00 211 0

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Bakı. InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. Trend həmin məlumatı təqdim edir: EUR Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi cümə günü 1.15$-a kimi bahalaşsa da, yenidən ucuzlaşıb. Ümumilikdə qiymət 1.16$-ın altında qaldıqca, 1.14$-a kimi ucuzlaşa biləcəyi proqnozları güclü olaraq qalır. Avropa Birliyində (AB) İtaliyanın yeni büdcə siyasəti özü ilə bərabər siyasi və iqtisadi riskləri də artırır. Müzakirələr fonunda yaranmış iqtisadi qeyri-müəyyənlik investisiyaları azaltmaqla, avroya olan tələbin də aşağı olmasına səbəb olur. Bununla yanaşı, cümə axşamı Bakı vaxtı ilə saat 15:45-də açıqlanacaq Avropa Mərkəzi Bankının faiz qərarı və saat 16:30-da baş tutacaq bankın mətbuat konfransı da investorların diqqət mərkəzindədir. GBP GBP/USD məzənnəsi də 1.31$-a kimi bahalaşsa da, yenidən ucuzlaşaraq, sözügedən səviyyənin altında ticarət edilir. Beləliklə, məzənnə 1.31$-ın altında qalarsa, 1.29$-a kimi də ucuzlaşa bilər. İngiltərənin AB-dən ayrılması prosesinin razılaşmasız davam etdiriləcəyi ehtimallarının güclənməsi, ölkədə siyasi və iqtisadi riskləri artırmaqla yanaşı, yuxarıdakı proqnozları daha da gücləndirir.