Bakıda torpağa basdırılmış 2 kiloqram tiryək aşkar olunub (FOTO)


Digərləri 22 Okt 2018 12:30:00 246 0

Bakıda torpağa basdırılmış 2 kiloqram tiryək aşkar olunub (FOTO)

Daxili işlər orqanları tərəfindən narkotik vasitələtin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

Bakı. Daxili işlər orqanları tərəfindən narkotik vasitələtin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində qətiyyətli tədbirlər davam etdirilir. DİN-dən Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Cəlilabad rayon sakini Fərid Mirzəyev və qohumu Qaradağ rayon sakini, əvvəllər məhkum olunmuş Müslüm Barıyev 1 kiloqram 118 qram narkotik vasitə olan heroini satmaq istəyən zaman saxlanılıblar.