Azərbaycan Pakistana kredit verməyə hazırdır,


Siyasət 22 Okt 2018 12:21:00 248 0

Azərbaycan Pakistana kredit verməyə hazırdır,

Azərbaycan Pakistanın enerji məsələlərinin həll edilməsi üçün 100 milyon dollar həcmində kredit verməyə hazırdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu məsələ, eləcə də Azərbaycan nefti və neft məhsullarının bu ölkəyə tədarükü məsələləri Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadənin pakistanlı rəsmi ilə görüşü zamanı müzakirə olunub.

İslamabadda Pakistanın informasiya və teleyayım naziri Favad Hosseynlə görüşdə azərbaycanlı diplomat iki ölkə arasında informasiya və media sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib.

Pakistanlı rəsmi isə öz növbəsində ölkəsinin Azərbaycanla turizm sahəsində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.