Baş nazirdən nəqliyyat vasitələrinin texniki baxışı ilə bağlı qərar:


Digərləri 22 Okt 2018 12:07:00 283 0

Baş nazirdən nəqliyyat vasitələrinin texniki baxışı ilə bağlı qərar:

Azərbaycanda daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq bütün mexaniki nəqliyyat vasitələrinin və qoşqularının (yarımqoşqularının) dövlət texniki baxışı üçün nəzərdə tutulan müddət ləğv olunub.

Son.az report-a istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edib.

Sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.

İndiyədək Əsasnamədə qeyd olunub ki, respublika ərazisində daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq bütün mexaniki nəqliyyat vasitələrinə və qoşqularına (yarımqoşqularına) dövlət texniki baxışı yanvarın 1-dən oktyabrın 31-dək olan müddətdə həyata keçirilir. Dəyişikliklə bu müddət məhdudiyyəti götürülüb.