Real-ı çalışdırmağa sürpriz namizəd


İdman 22 Okt 2018 11:42:00 238 0

Real-ı çalışdırmağa sürpriz namizəd

Real baş məşqçi Xulen Lopetegi ilə yollarını ayıra bilər.

Goal.az xəbər verir ki, “kral klubu”nun ardıcıl 4-cü matçda xal itirməsi baş məşqçinin kreslosunu laxladıb. Lopeteginin talehi gələn həftə oynanılacaq “El classiko”dan sonra bəlli olacaq. Real derbidə Barcelona-ya məğlub olarsa, baş məşqçi göndəriləcək. Mətbuatda yayılan xəbərlərdə Qutinin kluba gətiriləcəyi bildirilir. Real-ın prezidenti Florentino Perez onun namizədliyini məqbul sayır.