Litvalı politoloq: Dağlıq Qarabağ münaqişəsinin həlli bilavasitə tərəflərdən asılıdır


Digərləri 22 Okt 2018 11:27:00 188 0

Litvalı politoloq: Dağlıq Qarabağ münaqişəsinin həlli bilavasitə tərəflərdən asılıdır

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bilavasitə münaqişə tərəflərindən asılıdır

Bakı. Ləman Zeynalova - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bilavasitə münaqişə tərəflərindən asılıdır. Bunu Trend-ə litvalı politoloq Şarunas Liekis deyib. O bildirib ki, ATƏT-in Minsk qrupu yalnız Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti stabilləşdirə bilər: “Bu qurum məsləhətlər verə və statu-kvonu qoruya bilər. Münaqişənin həlli isə bilavasitə tərəflərdən asılıdır”. Ş.Liekis qeyd edib ki, Ermənistanda hakimiyyətin dəyişməsi ilə münaqişənin nizamlanması prosesində konstruktiv dəyişikliklər gözləmək olar: “Münaqişənin həll olunmaması Ermənistanı təcriddə saxlayır, ölkə beynəlxalq layihələrdə iştirak edə bilmir. Ermənilər özləri də ölkədə yaranmış vəziyyətdən razı deyil. Bu münaqişənin mövcudluğu regionun ümumi inkişafına mənfi təsir göstərir”. Politoloq hesab edir ki, status-kvo davam edəcək: “Beynəlxalq siyasətdə həmişə şans olur. Bəzən münaqişənin həlli üçün çox gözləmək lazım gəlir”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin