Hövsanda arvadı və onun rəfiqəsini bıçaqlayan şəxs tutulub


Digərləri 22 Okt 2018 11:37:36 225 0

Hövsanda arvadı və onun rəfiqəsini bıçaqlayan şəxs tutulub

Arvadı Qalina Sapkinaya və onun rəfiqəsi Elmira Mirzəyevaya bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Aleksey Çesnakov saxlanılıb

Bakı. Hövsanda arvadı və onun rəfiqəsini bıçaqlayan şəxs tutulub. DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 21-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindəki evlərin birinin girişində Aleksey Çesnakov münaqişə zəminində arvadı Qalina Sapkinaya və onun rəfiqəsi Elmira Mirzəyevaya bıçaqla xəsarət yetirib.