Binəqədidə “Yerli demokratiya həftəsi” çərçivəsində ümumrayon iməciliyi keçirilib (FOTO)


Digərləri 22 Okt 2018 11:41:21 295 0

Binəqədidə “Yerli demokratiya həftəsi” çərçivəsində ümumrayon iməciliyi keçirilib (FOTO)

Binəqədi rayonu, 7–ci mikrayon, Dərnəgül metrostansiyasının üstündəki parkda Binəqədi rayonunun bələdiyyələri tərəfindən “Yerli demokratiya həftəsi” çərçivəsində yekun tədbir, ümumrayon iməciliyi keçirilib.

Bakı. 20 oktyabr 2018-ci il tarixdə Binəqədi rayonu, 7-ci mikrayon, Dərnəgül metrostansiyasının üstündəki parkda Binəqədi rayonunun bələdiyyələri tərəfindən “Yerli demokratiya həftəsi” çərçivəsində yekun tədbir, ümumrayon iməciliyi keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı, başçının müavinləri, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, məsul əməkdaşları Şəhər Bələdiyyələri Milli Assosiyasiyasının katibi, “Belediyye.info” saytının rəhbəri, umumilikdə 250 nəfər rayon ictimaiyyəti iştirak edib. Məlumat üçün qeyd edək ki, "Yerli demokratiya həftəsi” çərçivəsində 15-21 oktyabr 2018-ci il tarixləri ərəfəsində Binəqədi rayonunun bələdiyyələri tərəfindən həftə ərzində hər bir bələdiyyə üzrə silsilə tədbirlər həyata keçirilib və yekun olaraq bu gün birgə yekun tədbiri keçirilib. Tədbirdə 500 ədəd Eldar şamı və 100 ədəd Xan çinar əkilib.