BANMın müəlliminin nüfuzlu beynəlxalq jurnalda daha bir elmi məqaləsi dərc olundu


Digərləri 22 Okt 2018 11:17:00 239 0

BANMın müəlliminin nüfuzlu beynəlxalq jurnalda daha bir elmi məqaləsi dərc olundu

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi kafedrasının müəllimi Samin Məliyin dünyanın nüfuzlu elmi jurnallarından birində daha bir məqaləsi dərc olunub.

Son.az xəbər verir ki, "Ədədi Funksional Analiz və Optimizasiya" ("Numerical Functional Analysis and Optimization") jurnalında dərc olunan elmi məqalə "İdarəedicidə gecikməli dinamik sistemlərdə məxsusi idarəedicinin optimallığı üçün zəruri şərtlər" ("On Necessary Optimality Conditions for Singular Controls in Dynamical Systems with a Delay in Control") adını daşıyır.

Məqalədə yeni isbat metodları tətbiq edilməklə ən yeni mühəndislik və iqtisadi optimallaşdırma problemlərinin həllində tətbiq olunan və optimallaşdırma nəzəriyyəsində ən əhəmiyyətli nəticələrdən biri sayılan Pontryaqin Maksimum prinsipinin gücləndirilmiş analoqu alınıb. Bundan əlavə, Maksimum prinsipi mənada məxsusi idarəedicinin optimallığı üçün ikinci və daha yüksək tərtib zəruri şərtlər alınıb. İdarəedicidə gecikməli dinamik sistemlərdə optimallaşdırma məsələləri müasir riyaziyyatın ən prioritet tədqiqat sahələrindən olub, yeni çox funksiyalı texnoloji maşınların əlverişli iş prinsiplərinin təyinatı və həmçinin riyazi modelləri vasitəsi ilə gecikməsi olan və ya məhdudiyyətlər yaranmış bank ödənişlərinin optimal idarə olunması üçün mühüm əhəmiyyət daşıyır.