Daşınmaz əmlakın səyyar qeydiyyatı Ələt qəsəbəsində


Digərləri 22 Okt 2018 11:00:18 248 0

Daşınmaz əmlakın səyyar qeydiyyatı Ələt qəsəbəsində

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaş rahatlığını təmin edərək daşınmaz əmlakın qeydiyyat xidmətlərini əlçatan formada göstərməkdə davam edir.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaş rahatlığını təmin edərək daşınmaz əmlakın qeydiyyat xidmətlərini əlçatan formada göstərməkdə davam edir. Komitədən Trend-ə verilən məlumata görə, hər həftə ayrı-ayrı yerlərdə keçirilən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının budəfəki ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsidir. Sosial aksiyanın təklif etdiyi bütün imkanlardan yararlanmaq istəyən vətəndaşlar 22-26 oktyabr tarixlərində saat 09:00-dan 17:00-a qədər komitənin mobil ofislərinə yaxınlaşa bilər. Ələt qəsəbəsi, Dəmiryolçular küçəsi 8 ünvanında yerləşən səyyar ofisdə sakinlərə fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı qeydiyyat xidmətləri göstəriləcək.