İran səfirliyi: “Nazmehr”dəki zəhərlənmə nəticəsində ölənlərin meyitləri ailələrinə göndərilib


Digərləri 22 Okt 2018 10:52:00 309 0

İran səfirliyi: “Nazmehr”dəki zəhərlənmə nəticəsində ölənlərin meyitləri ailələrinə göndərilib

Bir neçə gün əvvəl İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində baş vermiş zəhərlənmə nəticəsində ölən şəxslərin meyitləri öz ölkələrinə göndərilib.

Bakı. Ceyhun Ələkbərov - Bir neçə gün əvvəl İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində baş vermiş zəhərlənmə nəticəsində ölən şəxslərin meyitləri öz ölkələrinə göndərilib. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat veriblər. Səfirlikdən bildiriblər ki, “Nazmehr” quru yük gəmisində zəhərlənmə nəticəsində dünyasını dəyişən 3 nəfər, Əkbər Mənsumi Kərim (1989), Seyid Murtuza Mirhüseyn (1986), Səccad Səyyad Feriydundur (1990) meyitləri ötən gecə İrana, öz ailələrinə göndərilib.