Yaponiyanın "Facebook"dan şəxsi məlumatlarının oğurlanması ilə bağlı TƏLƏBLƏRİ


Digərləri 22 Okt 2018 10:22:12 234 0

Yaponiyanın "Facebook"dan şəxsi məlumatlarının oğurlanması ilə bağlı TƏLƏBLƏRİ

Söhbət 87 milyon istifadəçinin fərdi məlumatlarından gedir.

Bakı. Yaponiya hökuməti "Facebook" sosial şəbəkəsindən istifadəçilərin şəxsi məlumatlarının mühafizəsinin təmin edilməsi üzrə əlavə tədbirlər görməyi tələb etmək niyyətindədir. Trend-in məlumatına görə, Yaponiya hökuməti ilk növbədə Facebook-un istifadəçilərin zərurət halında məlumatların silinməsi haqqında sorğusuna operativ cavab verməsi üçün təminat almaq istəyir.