Azərbaycanda bəzi vətəndaşları qan verməyə məcbur edən


Digərləri 22 Okt 2018 10:09:00 226 0

Azərbaycanda bəzi vətəndaşları qan verməyə məcbur edən

Mərkəzi Qan Bankının balansında ötən il 83 min donor olub. Cari ildə isə bu rəqəm 90 minə çatacaq.

Son.az xəbər verir ki, bu barədə modern.az-a Səhiyyə Nazirliyinin B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib. O bildirib ki, institutun Mərkəzi Qan Bankına müraciət edən könüllü donorların sayında ilbəil artım müşahidə olunur:

"Ötən il Aşura mərasimlərində 4 minə yaxın insan qanvermə aksiyalarında iştirak etmişdi. Bu il isə 5539 nəfər qan verib. Əvvəlki illərə nisbətən hər il könüllü donorların sayı artır. Bizdə xüsusi dövlət proqramı qüvvədə olduğuna görə, qan verən donorlar ancaq könüllülərdir. İnstitutun xüsusi briqadaları respublikanın bütün rayonlarına gedərək, icra hakimiyyətlərinin, bələdiyyələrin köməyi ilə qangötürmə prosesi həyata keçirirlər. Qan vermək istəyən könüllü donorlar elə rayonlardaca qan verirlər. Briqadalarımız həmin qan ehtiyatını Bakıya gətirir və biz onları müayinələrdən keçiririk. Komponentlərə ayrılan qanlar ehtiyacı olan şəxslərə verilir. Bundan əlavə, Qan Bankına könüllü müraciət edən şəxslərə də bəhs etdiyimiz qaydada xidmət tətbiq edilir.

Azərbaycan talassemiya xəstələri dövlət proqramı çərçivəsində pulsuz müayinə və müalicə olunurlar. Bu xəstələrə müasir müalicə metodlarının tətbiq edilməsi ilə yanaşı, mütəmadi qan komponentlərinin köçürülməsi də pulsuz həyata keçirilir. Mərkəzi Qan Bankının balansında olan qan ehtiyatı talassemiya xəstələrinə pulsuz verilir.

Qeyd etməliyəm kimi, Bakı şəhərində yerləşən müxtəlif şirkətlər, SOCAR kimi iri müəssisələr bizə müraciət edərək, talassemiya xəstəsi olan insanlara kömək etmək istədiklərini bildirirlər. İşçilərimiz vaxtaşırı həmin şirkətlərə gedərək, donorlardan qan götürür və Mərkəzi Qan Bankına gətirirlər".