Bakıda ABŞ səfirliyi əməkdaşının avtomobili avtobusla toqquşdu


Digərləri 22 Okt 2018 09:56:00 221 0

Bakıda ABŞ səfirliyi əməkdaşının avtomobili avtobusla toqquşdu

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin əməkdaşı Bakıda qəza törədib.

Bakı. Samir Əli - Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin əməkdaşı Bakıda qəza törədib. Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib. Şərifzadə küçəsi, 140 ünvanında ABŞ vətəndaşı, Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin təhlükəsizlik xidmətinin əməkdaşı Blu Loles idarə etdiyi "Toyota Prado" markalı "90 TP 596" dövlət nömrə nişanlı avtomobillə Bərdə rayon sakini Yusif İbrahim oğlu Mustafayevin idarə etdiyi 39 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı "10 TF 993" dövlət nömrə nişanlı avtobusla toqquşub.