Badamdar: yeni çatlar yaranıb


Digərləri 22 Okt 2018 09:47:00 301 0

Badamdar: yeni çatlar yaranıb

Bakının Səbail rayonunda, Badamdar sürüşmə zonasında çoxlu yeni çatlar yaranıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə kütləsinin üzərində çoxlu sayda yeni çatlar müşahidə edilir.

Sürüşmə sahəsinin yuxarı hissəsində süxur qopmaları davam edir.

Sürüşmə zonasında əsaslı dəyişiklik qeydə alınmayıb.