“VAZ” beton maneəyə çırpıldı,


Digərləri 22 Okt 2018 09:14:00 242 0

“VAZ” beton maneəyə çırpıldı,

Şabran rayonunda "VAZ" markalı minik avtomobilinin beton maneəyə çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

FHN-dən Son.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1992-ci il təvəllüdlü Mövlanlı Pərviz Elxan oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.