İntihar cəhdinin qarşısı alınıb


Digərləri 22 Okt 2018 08:38:00 243 0

İntihar cəhdinin qarşısı alınıb

Gəncədə intihar hadisəsinin qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Nizami rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb, vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.