Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib FOTO


Digərləri 22 Okt 2018 08:33:00 250 0

Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib  FOTO

Ölkəmizin Misirdəki səfirliyində 18 oktyabr -Azərbaycanın Müstəqillik G ünü münasibətilə tədbir keçirilib. Tədbirdə Misirin ictimai-siyasi xadimləri, iş adamları, dostluq qrupunun üzvləri, kütləvi informasiya vasitələri və diaspora nümayəndələri iştirak ediblər.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan AR-ın Misirdəki səfiri Tural Rzayev bu il Azərbaycanda Respublikanın qurulmasının 100 illiyinin təntələli şəkildə qeyd edildiyini bildirib.

18 oktyabr 1991-ci ildə Azərbaycanın yenidən müstəqilliyini bərpa etdiyini vurğulayan səfir ölkəmizin çox çətin dövrlər yaşadığını və ağır sınaqlardan keçdiyini xatırladıb. Lakin 1993-cü ildə xalqın tələbi ilə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkədə köklü islahatların aparıldığını vurğulayan səfir müasir Azərbaycanın banisi Ulu öndərin yürütdüyü siyasət nəticəsində ölkəmizdə siyasi, ictimai sabitliyin qorunduğunu diqqətə çatdırıb.

Həmçinin, səfir son 15 il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dünya miqyasında tanındığını, dinamik inkişafın şahidi olduğunu, iqtisadiyyatının 3.2 faiz artdığını, qeyri-neft sektorlarının sürətlə inkişaf etdiyini vurğulayaraq, Azərbaycanın Cənubi Qafqazda həm iqtisadi, həm də hərbi cəhətdən lider ölkə olduğunu bildirib. Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini çatdırıb.

Daha sonra səfir Misir və Azərbaycan arasında ikitərəfli münasibətlərdən danışıb.


Xəbərə aid fotolar