Səudiyyə Ərəbistanının XİN rəhbəri öldürülən jurnalistin ailəsinə başsağlığı verib


Dünya 22 Okt 2018 07:55:00 261 0

Səudiyyə Ərəbistanının XİN rəhbəri öldürülən jurnalistin ailəsinə başsağlığı verib

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cubeyr öldürülən jurnalist Camal Qaşıqçının ailəsinə başsağlığı verərək, baş verənləri "böyük səhv" adlandırıb.

Son.az "report"-a istinadən bildirir ki, o bunu "Fox News" telekanalına müsahibəsində deyib.

"Bu dəhşətli səhvdir, bu dəhşətli faciədir, başsağlığı veririk. Biz onların acısına şərikik, bunun olmamasını istərdik, kaş ki, bundan qaçmaq mümkün olardı. Təəssüf ki, böyük və kədərli səhvə yol verilib", - deyə o bildirib.