Dünyanın ƏN BAHALI oğurluqları DƏHŞƏTLİ FAKTLAR FOTO


Digərləri 22 Okt 2018 04:30:00 344 0

Dünyanın ƏN BAHALI oğurluqları  DƏHŞƏTLİ FAKTLAR  FOTO

Pul olmadığı zaman insanları düşündürən yeganə sual bu olur ki, "necə edək, bir anda çoxlu pul qazanaq?". Bu maraqlı sual istənilən insanın ağlından keçib. Sadəcə olaraq bəziləri bu sualın cavabını tapmaq üçün düzgün yollarla, hər zaman olduğundan daha çox əziyyət çəkərək nələrəsə nail olmağa çalışır. Bəziləri isə təəssüf ki, heç də qanuni olmayan yollarla başqalarının halal qazancını oğurlayır. Belə baxanda ikinci qrup, birinci qrupun çəkdiyi əziyyəti yerə vurmuş olur, amma bu da tamam ayrı mövzudur. Hər gün yüzlərlə oğurluq faktları haqqında xəbərlər oxuyuruq. Budəfəki mövzumuz isə bu günə qədər muzeylərdən tez-tez oğurlanan ən bahalı əşyalar haqqında olacaq.

Son.az muzeylərdən oğurlanan ən bahalı 10 maraqlı əşya haqqında qeyri-adi faktları təqdim edir:

1.Başı bəlalı "Mona Liza".

Muzeylərdən ən çox oğurlanan və ən bahalı eksponatlar arasında birinci yeri tutan "Mona Liza"portretidir. 100 il əvvələ qədər Leonardo Da Vinçinin heç kimə maraqlı olmayan bu məşhur əsəri 1911-ci ilin 21 avqustundan sonra diqqət mərkəzində olmağa başlayıb. Belə ki, ilk dəfə 3 italyanlı fəhlə Fransanın Luvr muzeyinə daxil olmaq üçün anbarda gizlənib. Gecə muzey işçiləri ərazini tərk edəndən sonra muzeyə daxil olub bahalı eksponatları oğurlayıblar. Onlardan biri Vinçenso Peruka adlı fəhlə Mona Liza portretinin şəffaf şüşə arasında saxlanıldığını görüb və onu da oğurlayıb. Həmin illərdə bütün Fransız mediası bu oğurluq haqqında xəbərlər yazıb. 2 il sonra V.Peruka bu əsərin saxta versiyasını yaratmaq istəyərkən saxlanılıb və "Mona Liza" Luvr muzeyindəki yerinə geri qaytarılıb.

2. "Qibson Stradivar"ın ilk əl işi.

"Qibson Stradivari" - bu məşhur isim hər kəsə tanışdır. Çox güman ki, bu ad planetdəki musiqi alətləri içərisində ən məşhurudur. Məhz 1713-cü ildə Stradivarinin şəxsən özü tərəfindən hazırlanan bu skripka bir yox hətta iki dəfə oğurlanıb. Müvafiq olaraq 1919 və 1936-cı illərdə oğurlanan skripka tapılaraq hər dəfəsində muzeyə geri qaytarılıb. Son olaraq 1985-ci ildə məşhur Nyu-York skripkaçısı Culian Altman tərəfindən oğurlanan məşhur alət onun ölümünə qədər tapılmayıb. Musiqiçi ölərkən son nəfəsində polis çağıraraq oğurluq etdiyini boynuna alaraq zirzəmidə gizlətdiyi skripkanı onlara təhvil verib. "Qibson Stradivari" tərəfindən şəxsən hazırlanan skripkanın qiyməti isə 15 milyon dollar olub.

3. Üçünçü imperator ailəsinin qızıl yumurtası - Faberje.

Bu gördüyünüz zərgərlik nümunəsi olan "Faberje" yumurtası 1885-ci ildə çar ailəsi üçün istehsal edilmiş 50 unikal zərgərlik pasxa yumurtasından biridir. Üçüncü imperator ailəsi üçün hazırlanan yumurtaların qalanı ya oğurlanıb, ya məhv edilib, ya da müəmmalı şəkildə yoxa çıxıb. Sonuncu və muzeydə qorunan bu yumurta isə ABŞ-da bomj tərəfindən zibillikdən tapılıb. 2012-ci ildə qızıl yumurta ilkin qiyməti 33 milyon dollar olaraq hərraca çıxarılıb.

4. "Lalələr" - Van Qoqun ən möhtəşəm əl işi.

Təəssüf ki, əslən Niderlanddan olan dahi və dəli rəssam adlandırılan Vinsent Van Qoq uzun həyat yaşaya bilməyib. Onun ən möhtəşəm əl işi şəkildə gördüyünüz "Lalələr" olaraq tarixə düşüb. Bəzən deyirlər ki, təəssüf ki, o, "Lalələr" tablosunun oğurlandığını və onun hansı qiymətə satıldığını (55 milyon dollar) görə bilmədi. Görsəydi, elə oradaca ürəyi partalayıb ölərdi. Vinsent Van Qoqun bu əsəri Qahirə muzeyindən 1977-ci ildə oğurlanıb. İlk oğurluqdan tam 10 il sonra əsəri tapıb muzeyə geri qaytarmaq mümkün olub. Lakin sonuncu dəfə 2010-cu ildə oğurlanan "Lalələr" əsərini bu günə qədər də tapmaq mümkün olmayıb.

5. "Qışqırıq" - Edvard Munka.

Bu müasir mədəniyyətdə ən tanınan obrazlarından biridir. Edvard Markın bu məşhur əsərinin qiyməti nə az, nə çox, düz 120 milyon dollar dəyərindədir. Dəyərini düşünsək, oğurlanmayacaq kimi deyil. Məşhur əsərin başına 2 dəfə bədbəxt hadisə gəlib. İlk dəfə 1994-cü ilin mart ayında iki cinayətkar tərəfindən Osloda Milli Qalereyadan oğurlanan əssər polislər tərəfindən tapılıb geri qaytarılmışdı. Mühafizə sisteminin zəif olması səbəbindən əsər ikinci dəfə 2004-cü ildə yenidən oğurlanıb. "Qışqırıq" əsəri son olaraq 2006-cı ildə tapılıb və bu günə qədər də Oslo da qorunub saxlanılır.


Xəbərə aid fotolar