Pakistanda iki avtobusun toqquşması nəticəsində azı 19 nəfər ölüb


Digərləri 21 Okt 2018 23:08:10 233 0

Pakistanda iki avtobusun toqquşması nəticəsində azı 19 nəfər ölüb

Pakistanın Pəncab əyalətində iki avtobusun toqquşması nəticəsində azı 19 nəfər ölüb və 35 nəfər yaralanıb.

Bakı. Tural Turan - Pakistanın Pəncab əyalətində iki avtobusun toqquşması nəticəsində azı 19 nəfər ölüb və 35 nəfər yaralanıb. Trend-in məlumatına görə, reys avtobusu Multan - Dera-Qazi-Xan marşrutu ilə (Pəncab əyalətinin iki böyük yaşayış məntəqəsi) hərkət edirmiş. Nəqliyyat vasitəsində 70 sərnişin olub. Avtobus təyinat məntəqəsinə çatan zaman digər sərnişin daşıyan nəqliyyat vasitəsi ilə toqquşub. İkinci avtobusda zərərçəkənlərin olub-olmaması barədə məlumat yoxdur.