Hər kəs bu xanımlarla əlaqə QURMAĞA CAN ATIR 5 XÜSUSİYYƏT


Digərləri 21 Okt 2018 22:40:00 266 0

Hər kəs bu xanımlarla əlaqə QURMAĞA CAN ATIR  5 XÜSUSİYYƏT

Nikbin əhval-ruhiyyə və həyat eşqi anlayışlı qadın ruhunun təbii halıdır. Bu vəziyyətin əsas sirri - həyatın nə qədər zəngin olduğunu qiymətləndirmək bacarığıdır. O, özünü uydurulmuş ideallarla zəhərləmir, başqaları ilə müqayisə etmir və bəhsə girmir, mövcud şərtlərə baxmayaraq istənilən halda minnətdar ola bilir. O, sahib olduğu həyatı qəbul etmə duyğusu ilə necə yaşayacığını bilir. Çünki həyat onundur. Buraya həyatının sevincli və çətin anları daxildir. O, seçilmiş həyatı deyil, həyatın özünü sevir.

Son.az bu yazıda oxucuları nəinki kişilərin, hətta həmcinslərinin də daha çox münasibət qurmağa can atdığını, dostluq etmək istədiyi anlayışlı, özünü və həyatı dərk edən qadınların əsas keyfiyyətləri ilə tanış edir.

Öz bərpasına qayğı

Dolğun vəziyyət - mənəvi harmoniya, uğurlar, sağlamlıq və vizual cəlbediciliyin təməlidir. Şüurlu qadın heç vaxt icazə vermir ki, qayğılar və iş həyatın dadını çıxartmağa mane olsun. O, hətta çox gərgin olsa da, öz ehtiyaclarına, tələbatlarına hörmət edir, öz enerjisinin bərpasına vaxt ayırır. O, çox gözəl bilir ki, əgər hər zamanı lazım olanı yerinə yetirirsə və öz istəklərini etməsə, gücü tezliklə tükənəcək, həyat eşqi sönəcək... O, zəifləyibsə, özünü bərpa etmək üçün həmişə vaxt və zaman ayıracaq.

O, öz "dünyəvi" tələbatına hörmət edir: Tək qalmaq, özünə qulluq, dincəlmək və rahatlıq. O, bilir ki, ətrafında yaxın insanlar olanda, özünü yaxşı hiss edir.

Təbiilik və fanatizmin olmaması - şüurlu qadının kredosudur. O, həmişə pozitiv əhval-ruhiyyədə olmaq üçün xüsusi bir şey etmir: gümrah, enerjili və şən. O, özünü heç nəyə məcbur etmir və özünü başqa cür göstərməyə çalışmır. O bilir ki, şüurlu qadın müxtəlif ola bilər. Əgər ona kədərlidirsə, o kədərlənir. Əgər şəndirsə, o sevinir. Əgər o, sakitdirsə, o rahatdır. Əgər əsəbidirsə, o hirslənir. Şüurlu qadın öz nöqsanlarını görə bilir. O, öz səhvlərini tanıyır, amma bunu dramatikləşdirmir və gizlətmir. O, nöqsanları üzərində işləyir, onlarla heç vaxt kor-koranə mübarizə aparmır.

Şüurlu qadın yaradıcı və paradoksal hadisələrə reaksiya verə bilir. O bilir ki, bu gün mühüm görünən problem sabah xırda və əhəmiyyətsiz olacaq. Bu gün dəhşətli olan, sabah gülməli olacaq. Odur ki, anlayışlı qadın ilk baxışda ağır və çətin görünən vəziyyətlə üzləşdiyi zaman zarafat eləməyi və gözlənilməz üstünlüklər tapmağı bacarır. Belə durumlarda o, özünə icazə verir ki, başqaları kimi davranmasın, fərqli reaksiya versin. O, həyatla oyun duyğusunu heç vaxt itirmir. İşə yönəlmiş məsələlərdə aşırı ciddi, məşğul və ya narahat olmaq onun sevimli janrı deyil.

Həmişə doğru olmaq mümkündür, yaxud da xoşbəxt

Dünyadakı bir çox qadın haqlıdır, eyni zamanda bədbəxtdir. Hər hansı sərt həqiqət bir qarşıdurma yaradır, hansı ki, burada hər kəs qazanmağa çalışacaq. Odur ki, şüurlu bir qadın heç kimə heç nəyi sübut etməyə çalışmayacaq. O, haqlı ola bilmirsə, çevik olmağı seçir. Onun öz fikirləri var, amma o, hadisələri dramatikləşdirmir, başqalarına nəyisə sübut etmək üçün mübarizə aparmır. Bu, o demək deyil ki, o, hər kəsə güzəştə gedir. O, düşüncələri və əməlləri ilə bu dünyanı dəyişə bilər. Lakin o, "müxalifləri" düzəltməyə cəhd etməyəcək. O, vaxtını və zehni gücünü qənaətlə xərcləyir.