Həkimlərdən və dərmanlardan daha güclü təsir göstərən müalicə qaydaları


Digərləri 21 Okt 2018 22:20:00 274 0

Həkimlərdən və dərmanlardan daha güclü təsir göstərən müalicə qaydaları

Belə bir fikir var ki, bütün xəstəliklər müəyyən dərəcədə psixosomatik təbiətə malikdir. Bu o deməkdir ki, müalicə üçün ilk növbədə şəfa tapmağı istəmək və idrakı düzgün köklənmək lazımdır. Ağıl isə bədənin təbii şəfa güclərini aktivləşdirərək, bədəni idarə edəcək.

Son.az həkim müalicəsindən heç də pis təsir göstərməyən 18 qızıl qaydanı təqdim edir:

1. Dostlarınız və yaxınlarınızla mülayim olun, yüngül söhbətlər aparın. Bu zaman qarşılıqlı enerji mübadiləsi baş verir və sizin vəziyyətiniz normallaşır.

2. Gecələr sakitləşdirici musiqilərə qulaq asın, gündüzlər isə ritmik və şən mahnılara. Rəqs etmək və oxumaq qadağan deyil.

3. Özünüzü sağlam təsəvvür edin. Məsələn, hardasa bir həftə sonra sağlam, gümrah və günəşli bir gündə küçədə gülümsəyən daha şən insan təsəvvür edin.

4. Səhər, günorta və axşam 0,5 litr təmiz su için. Su içən zaman ürəyinizdə bunları təkrarlayın: "Mən sağlamam, mən şəfa tapacam".

5. Tez-tez məşq edin, qaçış bədən üçün çox faydalıdır. Heç olmasa yerinizdə hərəkət edin.

6. Özünüzə masaj edin. Sadəcə əlləriniz çatan nahiyələri yavaş-yavaş ovun. Xüsusilə ayaq, boyun, sinə və başa diqqət göstərin.

7. Az-az, amma tez-tez (gündə 5-7 dəfə) yeyin. Evdə bişmiş yeməyi heç nə əvəz etmir: sıyıq, kələm turşusu, ev çörəyi, salat və s. Çay, qəhvə və spirt kimi damarları daraldan vasitələrdən çəkinin.

8. Aşam saat 22.00-da yatağa gedin. Saat 5.00-də oyanın. Yatağa getməzdən əvvəl özünüzə söyləyin: "İndi şəfa ölkəsinə gedirəm, orada məni sağaldacaqlar. Günortlar bir saat dincəlin.

9. Aşağıdakı kimi meditasiya edin: rahat oturub 10-15 dəqiqə zehni istirahət edin və özünüzə təkrar edin: Qoy hər kəs sağlam olsun, hamı yaxşı olsun. Yadda saxlayın ki, bu fikirlər səmimi və təmiz ürəklə deyilməlidir.