Mətbəxdə işinizə yarayacaq 10 hiylə FOTO


Digərləri 21 Okt 2018 22:04:00 252 0

Mətbəxdə işinizə yarayacaq 10 hiylə  FOTO

Mətbəxdə keçirdiyiniz vaxtı qısaltmaq və işinizi asanlaşdırmaq istəyirsiz?

Son.az axşam.az-a istinadən bunun üçün sizə bir neçə məsləhət verəcək:

1. Yəqin ki, yumurtanı sındırarkən, ondan bir parça kasanın içinə düşüb. Həmin hissəsi əllə belə götürmək çətin olur. Buna görə də xırda hissəni götürmək üçün yumurtanın öz qabığından istifadə edin.

2. Soğan doğrayarkən gözləriniz yaşayır? Odur ki, soğanı soymamışdan bir neçə dəqiqə öncə buz dolabına qoyun, daha sonra çıxararaq doğrayın. Bəzən çəkilmiş əti qızardarkən quruyur. 

3. Əgər ətin suyu qalmasını istəyirsinizsə, onda o, bişənədək üzərində buz saxlayın. 

4. Çerri (balaca) pomidorları bəzən iki yerə bölmək çətin olur. Bunun üçün pomidorları iki boşqabın altına yığın və bıçaqla rahat kəsin. 

5. Sarımsaq soymaq da vaxt alır. Bunu istəmirsinizsə, onda sarımsağı bir neçə dəqiqəlik mikrodalğalı sobada və ya isti suda saxlayın, sonra rahat soyun. 


Xəbərə aid fotolar