Maşın aşıb, sürücü ağır yaralanıb


Digərləri 21 Okt 2018 21:15:00 260 0

Maşın aşıb, sürücü ağır yaralanıb

Günorta saatlarında Zaqatala rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "report"-a istinadən bildirir ki, rayonun 1995-ci il təvəllüdlü Yuxarı Tala kənd sakini Nəzərov Abdukərim Cuma oğlu "VAZ-21064" markalı minik maşını ilə Zaqatala-Qax avtomobil yolunda hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yol kənarına aşıb.

Qəzadan sonra sürücü A.Nəzərov ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan "Report"a bildirilib ki, zərərçəkmişə ağır qapalı kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi Reanimasiya şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır.