Gürcüstan prezidentliyinə iki iddiaçı namizədliyini geri götürüb


Dünya 21 Okt 2018 21:00:00 260 0

Gürcüstan prezidentliyinə iki iddiaçı namizədliyini geri götürüb

Gürcüstanda prezidentliyə namizədliyi qeydə alınmış iki siyasətçi namizədliyini geri götürüb.

Son.az "report"-a istinadən bildirir ki, həmin namizədlər "Ənənəviçilər birliyi"ndən Akaki Asatiani və "Xristian-demokratlar hərəkatı"ndan Vaxtanq Qabuniyadır.

Onlar namizədliklərini "Azad Gürcüstan" partiyasının prezidentliyə namizədi Kaxa Kukavanın xeyrinə geri götürüblər.

A.Asatiani və V.Qabuniya tərəfdarları və seçicilərini K.Kukavanı dəstəkləməyə çağırıblar.