Uqanda yaraqlıları Konqo DRya hücum edərək 12 nəfəri öldürüb


Dünya 21 Okt 2018 20:14:00 295 0

Uqanda yaraqlıları Konqo DRya hücum edərək 12 nəfəri öldürüb

Konqo Demokratik Respublikasının Şimali Kivu əyalətində Uqandanın "Demokratik qüvvələr alyansı" qruplaşmasının yaraqlılarının silahlı hücumu nəticəsində biri hərbçi olmaqla azı 12 yerli sakin həlak olub.

Son.az "report"-a istinadən bildirir ki, bu barədə bazar günü Fransanın "France Internationale" radiostansiyası məlumat yayıb.

Bildirilir ki, hücum şənbə günündən bazar gününə keçən gecə Beni şəhərində baş verib. Baş verənlərdən heyrətə gələn şəhər sakinləri küçələrə axışaraq etiraz aksiyaları keçiriblər. bu zaman polis nümayişçilərə qarşı rezin güllə və gözyaşardıcı qaz tətbiq edib.