“Habertürk”: Qaşıqçının cəsədini Türkiyə vətəndaşı aparıb İDDİA


Dünya 21 Okt 2018 18:46:00 251 0

“Habertürk”: Qaşıqçının cəsədini Türkiyə vətəndaşı aparıb  İDDİA

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluqdan çıxarılan səudiyyəli jurnalist Camal Qaşıqçının cəsədi Sultanəhmədə aparılıb və Mardin vilayətində qeydiyyatda olan bir Türkiyə vətəndaşına təslim edilib, bu haqda "Habertürk" yazıb.

Cənazənin birbaşa hardasa basdırılmadığı, Səudiyyə konsulluğunun əlaqəyə keçdiyi bir Türkiyə vətəndaşının vasitəsilə yox edilməyə çalışıldığı bildirilir. Hazırda Türkiyə polisi həmin vətəndaşı axtarır.

Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasına gəlib və bundan sonra itkin düşüb.