Şamaxılıları “Şorik” adlandıran müğənni: “Heç kim müdaxilə edə bilməz”


Şou-biznes 21 Okt 2018 16:16:00 291 0

Şamaxılıları “Şorik” adlandıran müğənni: “Heç kim müdaxilə edə bilməz”

ATV-də yayımlanan "Zaurla Günaydın" verilişində şamaxılıları "Şorik" adlandıran müğənni Orxan Babazadənin bu sözü gərginliyə səbəb olub.

Son.az primetime.az-a istinadən xəbər verir ki, ifaçı bununla bağlı sosial şəbəkədəki şəxsi hesabından açıqlama yayıb:

"Salam. Axşamınız xeyir olsun. Mən bu videonu paylaşıb bildirmək istəyirəm ki, mənim öz dostlarım və yaxınlarımla olan zarafatıma heç kim müdaxilə edə bilməz, necə ki mən heç kimin işinə qarışmıram. Hər bölgə bir yeməyi ilə məşhurdur, bizdə də şor var. Burda pis nə var ki?! Telefon arxasında olan şirlərə bildirmək istəyirəm ki, ayıbdı. Mən hər zaman verilişlərdə şamaxının tarixindən, gözəlliklərindən danışmışam. Onda harda idiniz?!"