Çaylarda sululuq səviyyəsi açıqlandı


Digərləri 21 Okt 2018 14:40:00 211 0

Çaylarda sululuq səviyyəsi açıqlandı

Çaylarda sululuq səviyyəsi açıqlanıb.

Son.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-60, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara çaylarında 10-40, Naxçıvan MR Naxçıvançay çayında 5 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 125 m3/s olmaqla ongünlük normanın 74 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 255 m3/s olmaqla ongünlük normanın 151 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 14 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 87 m3/s olmaqla, ongünlük normanın 83 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 85 m3/s təşkil edərək ongünlük normanın 79 faizinə bərabər olub.