6 yaşında zorlanan aktrisadan ürəkparçalayan ETİRAF


Digərləri 21 Okt 2018 14:24:00 361 0

6 yaşında zorlanan aktrisadan ürəkparçalayan ETİRAF

Məşhur türkiyəli aktrisa Yeşim Ceren Bozoğlu uşaq ikən məruz qaldığı zorlanma hadisəsini ilk dəfə dilə gətirib.

Son.az bildirir ki, məşhur aktrisa öz sosial hesabında fotoşəkili paylaşaraq, altından bu sözləri yazıb: Şəkildə nə görürsünüz? Gözəl qadın? Eleqant libas? Gözəl saç və makiyaj?

Sonra isə uşaq ikən başına gələn qorxunc olay haqda yazıb. Aktrisanın izləyiciləri isə bir nəfər kimi sevimli aktrisalaına dəstək şərhləri yazaraq, onun yanında olduqlarını bildirdilər.

Cəmi 6 yaşlı qız cinsi təcavüzə uğrayandan sonra çox ağlayır. Hər kəsdən qorxmağa başlayır. Hələ çox balacadır, amma böyük bir təhlükədən sağ çıxdığını da anlayır. 3 il gözünün yaşı bir an olsun belə qurumur: "Allahım, yalvarıram uşağım olmasın, axı mən özüm hələ uşağam".

3 ilin tamamında anlayır ki, qız olmaq lənətdir. Odur ki, güclü saydığı böyük qardaşılarını özünə nümunə götürür. Onlar kimi şalvar geyinməyə başlayır. Onları təqlid edir, onlar kimi, danışmağa, davranmağa başlayır.

Böyüdükcə xarakteri elə formalaşır ki, qadınlara da, onlara aid hər şeyə də nifrət edir. Səs tonu belə kişiləşib artıq...

İllər bir-birini əvəzləyir. Onun içərisindəki qız isə qəfəsdə çırpınır. Səsini eşitməmək üçün isə qəlbini kar edib.

Amma bir gün şəfqət şilləsi üzünə elə bərk dəyir ki, o qəfəsin divarları qırılıb məhv olur.

Mən o qızı həbsdən qurtaranda özümdə yeni bir güc, qadın qüdrəti hiss etdim. Kiçik yaşda təcavüzə uğrayan bacılarıma da güclü olmağı arzu edirəm.


Xəbərə aid foto