Tünzalənin "Şərhsiz" gecəsi baş tutdu


Şou-biznes 21 Okt 2018 12:17:00 232 0

Tünzalənin "Şərhsiz" gecəsi baş tutdu

Əməkdar artist Tünzalə Ağayevanın "Bakı Konqrens Hall"da "Şərhsiz" adlı konserti baş tutub.

Son.az axşam.az-a istinadən bildirir ki, konsert bir saat gec başlayıb. Müğənni 1 saatdan sonra səhnəyə çıxaraq tamaşaçıları salamlayıb. 

Tünzalə ilk olaraq "Bir də baxım" adlı mahnısını səsləndirib. Sənətçini "Hicaz" qrupu müşayiət edib. Onun ifa etdiyi növbəti mahnı isə "Bəhanə gəzirəm" olub. Mahnıları ilə yanaşı ifaçı gecədə izləyicilərlə səmimi söhbətləriylə də yadda qalıb.