Qaşıqçının ölümü kimin maraqlarına uyğundur?


Dünya 21 Okt 2018 11:53:00 257 0

Qaşıqçının ölümü kimin maraqlarına uyğundur?

Qaşıqçının öldürülməsi ilə ən böyük zərbə Səudiyyə Ərəbistan timsalında vəliəhd Məhəmməd bin Salmana vuruldu.

Son.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, mərhum Camal Qaşıqçı müsəlman-qardaşlar cərəyanının nümayəndəsi, Suriya inqilabının tərəfdarı, Türkiyənin dostu, Türkiyə-Səudiyyə Ərəbistanı münasibətlərinin yenidən yaxşılaşmasını istəyən şəxs idi:

"Qaşıqçının öldürülməsi regionda Türkiyə və Səudiyyə Ərəbistanından başqa hər kəsin - ABŞ, İsrail, İran, Əsəd Suriyası, Rusiyanın əlinə oynadı. Qaşıqçı Məhəmməd bin Salmanın ABŞ-a xərac ödəməyəcəkləri ilə bağlı açıqlamasından sonra öldürüldü. Qaşıqçının öldürüldüyü yer də bu cəhətdən xüsusi əhəmiyyətlidir. Onun Səudiyyə Ərəbistanının Türkiyədəki konsulluğunda öldürülməsi təsadüfi deyil. Bu, Salmana incə bir mesaj idi".

Politoloq vurğulayıb ki, bütün hadisələrə rəğmən hər şərdə bir xeyir də var: