Uşaqlarda nitq probleminin əlaməti


Digərləri 21 Okt 2018 11:33:00 229 0

Uşaqlarda nitq probleminin əlaməti

Uşaq danışmırsa və ya balaca uşaq kimi danışırsa, adlandırma mərhələsindən geri qalırsa, əşyanı tanıyır, adını söyləyir, amma cümlə qurmursa, nitqdə duruxmalar olursa və ya ümumiyyətlə danışmaq istəmirsə, bu, onlarda nitq problem olmasını göstərir.

Son.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında psixoloq Gülnar Orucova deyib. O bildirib ki, nitqin düzgün inkişafı ətrafdakı bir çox amillərdən asılı olub, tədricən formalaşır:

"Nitqin inkişafına bir neçə amil təsir edə bilər. Məsələn: musiqi, oyun, tapmacalar, nağıllar, şeirlər, yanıltmaclar və s. Ana bətnində uşaqla düzgün ünsiyyət qurmaq gələcəkdə onun tez danışmasına kömək edir. Hamiləlyin ilk günlərindən etibarən bətndaxili uşaqla ünsiyyətdə olmaq lazımdır. Uşaq ata-ana məhəbbətini hiss etməlidir. Körpə dünyaya gələndən sonra da diqqət azalmamalıdır. Analar körpəni yedizdirərkən onunla göz təması qurmalı, danışdırmalıdırlar, yuxuya gedərkən həzin səslə layla oxumalıdırlar. Bir müddət sonra körpə səslər çıxararaq anaya qarşılıq verəcək. Uşaqlar ətrafındakı səsləri, nitqi dinləyərək dili və danışmağı öyrənirlər. Körpə uşaqlar səsə qarşı çox hissiyatlı olurlar. Onlarla danışarkən düzgün və səlis nitqdən istifadə olunmalıdır, çünki körpə danışılan hər şeyi başa düşür, beyninə yığır, lazım olduğu vaxt sizə cavab verəcək. Körpəni qucağınıza alanda və ya əlindən tutub ictimai yerlərdə gəzdirdikdə əşyalarla tanış etmək lazımdır. Körpələr müxtəlif elektrik əşyalarının səsindən qorxursa, həmin səslər olan yerə aparmayın. Bu qorxu körpənin nitqinin ləngiməsinə səbəb olar. Bundan başqa, uşaqlarla kiçik yaşlarda müxtəlif oyunlar oynamaq gələcəkdə onun intellektual səviyyəsinin yüksəlməsinə təsir edir".

Psixoloq uşaqlarda nitq prosesinin inkişaf dövrlərindən də danışıb:

0-6 ay: "Qığıldama" dövrü. Uşaq səsə qulaq asır, tanıyır, qığıldayır. Hecalar ifadə etməyə çalışır.

6-12 ay: Hecaları birləşdirməyə çalışır. Eşitdiyi səsləri təqlid edir. Bir neçə sözə, əmrlə danışır: al, dur, əlini ver, öp kimi 10-a yaxın söz deyə bilir.

12-18 ay: Sadə cümlələr qurur. Sifət və əvəzlikdən istifadə edir (mən, sən və s). Əşyaların adlarını tanıyır. 10-25 söz bazası olur.