“Disney” filmləri uşaqlara ziyan vurur


Digərləri 21 Okt 2018 11:09:00 261 0

“Disney” filmləri uşaqlara ziyan vurur

Məşhur ingiltərəli aktrisa Kira Naytli 3 yaşlı qızına "Disney" filmlərini qadağan edib.

Son.az Kult.az-a istinadən xəbər verir ki, o, "Disney" kampaniyasına məxsus bəzi animasiya filmlərinin azyaşlılara yanlış örnək olduğunu deyib:

"Həmin nağılların qadınları təqdimetmə formasından narahatam. Sindirella kimi varlı oğlanın gəlib onu xilas etməsini gözləyən bir qadın olmayın. Özünüzü xilas edin".

O, həmçinin "Balaca dəniz qızı" nağılında da qadın qəhrəmanın bir kişi üçün özündən imtina etməsinin yanlış olduğunu qeyd edib.